Bu gün müğənni Natavan Həbibi və repert Dadonun  (Səid Əliyev) toyudur.

Unikal.org xəbər verir ki, toy mərasimi "Neolit" şadlıq evində baş tutacaq. N.Həbibi məclisdə çəkilişə icazə verməyəcəyini, hətta qonaqlara telefon belə gətirməmələrini tapşırdığını deyib.

Müğənni gecədə qonaqlar üçün "dress-code" da qoyub. Belə ki, xanımlar məclisə yaşıl, ağ və qırmızı paltar, kişilər isə ağ, qara kostyum geyinməlidir.

Qeyd edək ki, cütlüyün oğlan toyu iyulun 19-da baş tutacaq.