"Azərbaycanın mərhum energetika naziri, "Şöhrət ordenli, Əməkdar mühəndis Natiq Əliyevin qırx mərasimi iyulun 19-da Heydər məscidində keçiriləcək".

Unikal.org xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.

Xatırladaq ki, mərhum nazir iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında ürəyində yaranmış problem səbəbindən vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!