Moskvada hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.

Unikal,org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğını söndürmək üçün hadisə yerinə 20 yanğınsöndürən briqadası cəlb olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə baş verən zaman binada yalnız fəhlələr olub. Binada yerləşən restoranın personalı və müştərilər daxil olmaqla, 26 nəfər təxliyə olunub.

Yanmış binanın bir neçə müddətdir təmir edildiyi, yanğın sahəsinin isə 200 kv. m təşkil etdiyi bildirilir. Yanan binanın yaxınlığında qərargah yaradılıb. Yeni Arbatda yerləşən və xarici görünüşündən açılmış kitabı xatırladan "Kitab evi" 28.9 min kv m olan 26 mərtəbəli binadır. 1968-ci ildə inşa edilən bina Moskva meriyasının balansında olub. 2016-ci ildə bina auksion vasitəsi ilə özəl şirkətlərdən birinə satılıb.



РИА Новости https://ria.ru/incidents/20170718/1498681232.html