Böyük Britaniyanın "Ten Fold Engineering şirkəti 10 dəqiqəyə açılıb-yığılan və maşınla daşına bilən qarmon evi satışa çıxarıb.

AZƏRTAC "novate.ru saytına istinadla bildirir ki, mobil evin sahəsi açılmış vəziyyətdə 64 kvadratmetr təşkil edir.

Qarmon evi nəinki mənzil, hətta kafe, ofis, mağaza və çimərlik evciyi kimi də istifadə etmək olar. Burada rahat yaşayış üçün lazımi şərait yaradılıb.