Fransanın Mədəniyyət Nazirliyinin "Twitter səhifəsi haker hücumuna məruz qalıb.

Unikal.org-un "nation-news.ru saytına istinadən verdiyi məlumata görə, kibercinayətkarlar onu söyüşlərlə doldurublar.

Qurumun məlumatında deyilir ki, hadisə gecə saat 1-dən 5-ə qədər baş verib. Nazirlik rəsmiləri nalayiq ifadələrə görə üzr istəyiblər və bildiriblər ki, bu problemi həll edəcəklər.

Hazırda hakerlər tərəfindən yazılmış bütün məlumatlar akkauntdan silinib. Ancaq sosial şəbəkə istifadəçiləri skrinşotlar edərək, onları kütləvi informasiya vasitələrində dərc ediblər.

Maraqlıdır ki, cinayətkar özünün qurumun bir əməkdaşının 13 yaşlı oğlu olduğunu qeyd edib.