Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, xoşagəlməz olay matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatıarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.