Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Unikal.org-un xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi səfərdə "Samtredia ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 cavabsız qolla məğlub edən Qurban Qurbanovun komandası bu dəfə də rəqibini üstələyib - 1:0.

Oyunda komandamızın qələbə qolunu 22-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Donald Gerye vurub.

xxx


Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Unikal.org xəbər verir ki, "Qarabağ səfərdə "Samtredia ilə qarşılaşır. Bakıda keçirilən ilk oyunda 5-0 hesabı ilə inamlı qələbə qazanan Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinin bir addımlığındadır.Oyun Tiflisdə Boris Payçadze adına "Dinamo Arena keçirilir.

22-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Donald Gerye hesabı açdı.