Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Samtredia" - "Qarabağ" matçından əvvəl azarkeşlər arasında baş vermiş insident zamanı Ağdam klubunun fanatlarından biri xəsarət alıb.

Unikal.org xəbər verir ki,"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, həmin şəxs oyunu izləmək üçün Gəncədən Tbilisiyə yollanan kiçik bir qrupun üzvüdür.

Bu ərəfədə, gürcü fanatların hücumuna məruz qalan sözügedən kiçik qrupun üzvləri ilə "Qarabağ"ın fan-klub üzvləri arasında tribunada mübahisə düşüb. Stadiondakı təhlükəsizlik nümayəndələrinin müdaxiləsindən sonra ara sakitləşib.

Eyni zamanda "Report"un Gürcüstan bürosu xəbər verir ki, "Samtredia"-"Qarabağ" oyunu başlamazdan əvvəl bir qrup şəxs təxribat məqsədi ilə Azərbaycan əleyhinə kampaniya aparmaqğa cəhd göstərib. Azərbaycanlılardan ibarət bir qrup fəal təxribata imkan verməyib. Gürcüstan polisi təxribatçıların əlindəki plakatları alıb və onlara xəbərdarlıq olunub.