Bu gün mərhum energetika naziri Natiq Əliyevin 40 mərasimi keçirilib.

Unikal.org "Qafqazinfoya istinadən verdiyi məlumata görə, Heydər məscidinin Mərasim evində baş tutan məclis qadınlar üçün saat 11-də, kişilər üçün isə saat 12-də başlayıb.

Yas mərasimində dövlət rəsmiləri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Natiq Əliyev iyunun 9-da Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.