İki azyaşlı övladını və həyat yoldaşını evdə qoyaraq qaçan Ucar rayonu Qaradağlı kənd sakini Ağayeva Çinarə Məhəbbət qızının qayınatası ölkə.az-a danışıb.

Unikal.org sözügedən sayta istinadən xəbər verir ki, qayınata bildirib ki, gəlininin kimləsə əlaqəsindən xəbərsiz olublar:

"Çinarənin 26 yaşı, iki də övladı var. Oğlumla heç bir problemi olmayıb. Üç gün əvvəl xəbər tutmuşuq ki, kiməsə qoşulub qaçıb. Uşaqlar hazırda evdədirlər".

Qeyd edək ki, Çinarə Ağayevanın yaxınlıqdakı tikintidə çalışan fəhləyə qoşulub qaçdığı bildirilir.