Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb. Uşaq yaşlarından Qazaxıstanda ucqar kənlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan müsahibim çıxış yolunu bu cür tapıb.

Unikal.org xəbər verir ki, deyirlər ki, insan ac olanda daşdan yumşaq nə olsa yeyər. Təbii ki, bu bir deyimdi. Amma Bəxtiyar Qurbanov bunu reallığa çevirib. Onun üçün ac qalmaq faciədir. Bəxtiyar deyir ki, bacarıqlarım bununla bitmir. Özümü universal insan sayıram. İstədiyimi əldə etmək üçün bütün peşələrə də yiyələnə bilərəm. O, hazırda bənnalıq edir. Rəssamdır. Bərbər işini də məharətlə görür. Həmsöhbətim indi də bacardığı işlərlə məşğul olub, gəlir əldə edir. Hörmətli tamaşaçılar, xüsusilə də azyaşlılar. Bu o demək deyil ki, siz də onun bacardıqlarından bir qismini edə yəni, şüşə, daş, dəmir yeyə bilərsiniz. Bu sizin üçün ağır nəticələnə bilər.