"Realın hücumçusu Alvaro Morata "Çelsiyə keçib.

Unikal.org xəbər verir ki, bu barədə hər iki klub rəsmi məlumat yayıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 80 milyon avroya başa gəldiyi yazılıb.

Yaxın günlərdə Morata "Realın Los-Ancelesdəki düşərgəsini tərk edib "zadəganlara qoşulacaq.

Qeyd edək ki, 80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə "Çelsidən "Liverpula 58 milyona keçən Fernando Torresə məxsus idi.