2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dolları keçəcək.

Unikal.org məlumatına görə, bunu Türkiyənin Xarici iqtisadi əlaqələr Şurasının rəhbəri Səlcuq Akat deyib.

Onun sözlərinə görə, iki ölkə arasında 2016-ci ildə mal dövriyyəsinin həcmi 1,6 milyard dollar təşkil edib.

"Sərmayələrinin böyük hissəsi SOCAR şirkətinin payına düşür", - deyə Akat bildirib.