Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi qeydə alınıb.

Unikal.org report-a istnadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açıblar. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb. Həmin şəxs 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Saxlanılan yoxdur.

Təcili Tibbi Yardım maşını gec gəldiyi üçün yaralını Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb.

Bakıda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub. Güllələnmə hadisəsi zamanı iki nəfər xəsarət alıb. Pnevmatik tapançadan atəş açan şəxs 31 yaşlı Zamanov Kamran Ənvər oğludur. O, atəş açmazdan öncə mübahisə etdiyi şəxs tərəfindən başına dəmir parçası ilə xəsarət yetirilib. Vəziyyəti ağır olduğundan Republika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib. Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən güllə xəsarəti alan şəxsin kimliyi araşdırılır.