Bakıda yaşayış binalarının qarşısında, vətəndaşların istirahəti üçün nəzərdə tutulan yerlərdəki ağacları kəsirlər.

Unikal.org xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu sakinlərinin Baku.ws-ə verdiyi məlumata görə, onların yaşadığı binanın qarşısındakı ağaclar bəzi işbazlar tərəfindən kəsilir.

Qeyd olunur ki, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, 22 saylı binanın qarşısında uşaqların istirahəti üçün nəzərdə tutulan kiçik oyun meydançasını sökmək və oradakı ağacları kəsmək istəyirlər.

Məlumata görə, həmin ərazidə hündürmərtəbəli bina inşa ediləcək.