Cənubi Azərbaycandan olan müğənni Ququş Ermənistanda konsert verməyə hazırlaşır.

Unikal.org-un məlumatına görə, ifaçı İnstaqram paylaşımında avqustun 31-də İrəvanda səhnəyə çıxacağını "Tarix yazmaq" adlandırıb.

Daha sonra, sentyabrın 2-də Tiflisdə izləyici qarşısına çıxacaq Ququşun konsert turu siyahısında Azərbaycan yoxdur.