Bakıdakı gecə klublarından birində xuliqanlıq hadisəsi baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, iyulun 20-nə keçən gecə Səbail rayonu Əlizadə küçəsi 6 ünvanında yerləşən gecə klubunda 31 yaşlı Ceyhun Məmmədov, tanışı 38 yaşlı Vüsalə Rzayevanı döyüb. Qadın üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib. Onun xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.

Xuliqanlıq faktı ilə bağlı araşdırma aparılır.