Almaniyanın Essen şəhərində mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Unikal.org-un məlumatına görə, kütləvi təxliyəyə səbəb ərazidə İkinci Dünya Müharibəsinə aid bombanın tapılması olub.

250-500 metr radiusda yerləşən evlərin sakinləri bomba zərərsizləşdirilinə qədər sığınacaqlarda qalmalıdırlar. Hökumət təhlükəsizlik məqsədilə avtomobil yollarının bağlanmasını da tövsiyə edib.