Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Beşmərtəbəli yaşayış binasının girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və giriş-çıxış kabeli 2 p.m. yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.