Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. 

Unikal.org-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb.

Polşada "Yagelloniyanın qonağı olan "Qəbələ vətənə möhtəşəm nəticə ilə dönüb. İlk oyunda evdə 1:1 heablı bərabərliyə razılaşan Roman Qriqorçukun yetirmələri səfərdə 2 cavabsız qola sevinib.

İlk hissədə İlqar Qurbanov hesabı açıb. 45 dəqiqə bu hesabla başa çatıb.

İkinci yarıda rəqib hücumlarını intensivləşdirsə də, komandamız müdafiə olunub. Sona bir dəqiqə qalmış Ozobiçin vurduğu qol isə qələbəyə şübhə yeri qoymayıb.

"Qəbələ" növbəti mərhələdə Yunanıstan təmsilçisi "Panatinaikos"la görüşəcək.