Əməkdar artist Ədalət Şükürov dəbdəbəli bağ evinin şəklini İnstaqram səhifəsində paylaşıb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin yeni bağı Bilgəhdə yerləşir.

Ə.Şükürov bundan əvvəl də bir neçə dəfə yeni evinin şəkillərini izləyiciləri ilə paylaşıb. O, açıqlamalarının birində bağını özünün dizayn etdiyini bildirmişdi.

Qeyd edək ki, Ə.Şükürovun Saray qəsəbəsində də villası var idi. İfaçı həmin evi aparıcı Xoşqədəm Hidayətqızına satıb.