Tovuz rayonunda iki avtomobil toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, günorta saatlarında Bakı-Qazax yolunun Tovuz şəhərindən keçən hissəsində baş vermiş ağır qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkızi Xəstəxanasına yerləşdirilib.

Onların arasında vəziyyəti ağır olanlar da var. Hələ ki, kimliyi bilinməyən şəxslərə həkimlər tərəfindən tibbi yardım göstərilir. Yaralıların hamısı kişidir.

Faktla bağlı araşdırma aparılır.