Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, iclası açıq elan edən MSK sədri Məzahir Pənahov əvvəlcə Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb.

Daha sonra iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

İclasda həmçinin cari məsələlər müzakirə edilib. M.Pənahov dairə seçki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tapşırıqlar verib.