Bakıda maraqlı hadisə baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, paytaxt sakini, 1962-ci il təvəllüdlü Vəliyeva Diana Əli qızı polisə müraciət edərək bildirib ki, 4 min manatlıq qızıl-zinət əşyalarını avtobusda unudub.

Şikayətçi bildirib ki, iyulun 20-də "Baku Bus şirkətinə məxsus 3 saylı marşrut avtobusunda olarkən əlində gəzdirdiyi ayı oyuncağını düşərkən unudub. Həmin oyuncağın içində isə qadının gizlətdiyi təxmini dəyəri 4 min manat olan qızıl əşyalar olub. D.Vəliyeva əlavə edib ki, avtobusu Nəsimi rayonu Mərdanov qardaşları küçəsində tərk edib.

Müraciət əsasında araşdırmalara başlanılıb.

Qeyd edək ki, "Baku Busa məxsus avtobuslarda salona nəzarət etmək üçün kameralar quraşdırılıb.