Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

Unikal.org-un məlumatına görə, Soçinin Beynəlxalq Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevi Rusiya Federasiyası Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratev və Soçi şəhərinin meri Anatoli Paxomov qarşılayıblar.