Unikal.org-un məlumatına görə, bu gün axşam saatlarında "28 May metrosu istiqamətindən "Binə Ticarət Mərkəzinə doğru hərəkət edən 125 saylı marşrut üzrə sərnişindaşıma ilə məşğul olan avtobuslardan birində nasazlıq yaranıb.

Belə ki, "BakuBus-a məxsus olan avtobus saat 21:00 radələrində Bibiheybət yolunda xarab olaraq sərnişinləri yarıyolda qoyub. Sərnişinlər avtobusu tərk edərək növbəti avtobusla yollarını davam etdiriblər.

Unikal.org