22 sentyabr - 1 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək 2017 qadınlararası Avropa çempionatının biletləri bu gündən Bakıda satışa çıxarılıb.

Unikal.org-un məlumatına görə, biletlərin qiyməti 3-5 manat arasında dəyişir.

Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manat olacaq. Bir adam maksimum 10 bilet ala bilər.

Biletləri ASAN-1, ASAN-2, ASAN-3, ASAN-4, ASAN-Sumqayıt, Heydər Əliyev Sarayında, Nizami küçəsi və Bülbül prospektinin kəsişməsində, Hökümət Evinin yanında və "Azərbaycan kinoteatrının yanında, "Gənclik Mall və "28 Mallda yerləşən "iTickets köşklərindən əldə etmək olar.