ABŞ-a məxsus hərbi gəmi ona 150 metr məsafəyə qədər yaxınlaşan İran gəmisinə xəbərdarlıq atəşi açıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Fars körfəzinin şimal hissəsində baş verib. İnsident barədə əlavə məlumat verilməyib.