Tovuz rayonunda 50 yaşlı kişi qardaşı oğlu tərəfindən döyülüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Aydın İslam Oğlu Fərhadov mübahisə zəminində qardaşı oğlu tərəfindən döyülərək ağır kəllə-beyin travması alıb.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.