Gədəbəy sakini bıçaqlanıb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, rayonun Əmiraslanlı kənd sakini 1981-ci il təvəllüdlü Səfərov Nizami Hüseyn oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxnaya yerləşdirilib, əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, N.Səfərov tanıdığı şəxslə kafedə yeyib-içdikdən sonra onların arasında dava olub və N.Səfərov bıçaqlanıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.