Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Unikal.org-un məlumatına görə, Azərbaycan çempionu "Qarabağ da mərhələnin ilk oyununa çıxıb.
Ağdam təmsilçisi öz meydanında Moldovanın "Şerif klubunu qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunuavqustun 1-dəMoldovada keçiriləcək.