2 gün əvvəl itkin düşmüş abituriyent tapılıb.

Unikal.org xəbər verir ki, onun atası - Neftçala şəhər sakini Yaşar Əliyevin virtualaz.org-a verdiyi məlumata görə, oğlu artıq evdədir, özü isə hazırda İbrahimin axtarışı ilə bağlı Neftçalada küçələrə yapışdırılmış elanları qoparmaqla məşğuldur.

Ata onu da bildirdi ki, oğlunu Bakı şəhərinin küçələrinin birində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 2-ci kursunda oxuyan qardaşı Ramazanın tələbə yoldaşları təsadüfən görərək, qardaşına təhvil veriblər. Yaşar Əliyev deyir ki, oğlu çox güman ki, Neftçalaya qayıtdıqdan sonra yenidən Bakıya dönüb. Çünki imtahanlardan az bal topladığı üçün sıxıldığını deyirmiş. O, imtahanın bitməsinə 1 saatdan çox qalmasına baxmayaraq imtahan otağını tərk edibmiş.

Hazırda baş vermiş hadisə ilə bağlı Netçala Rayon Polis Şöbəsində araşdırmalar davam edir.