Səlyan rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt Astara magistralıəının rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markaklı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürcüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxamnası yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.