Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi prosesi davam edir. 

Unikal.org "Kəpəzin rəsmi saytına istinadən məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov bu gün arenada olub.

Məmmədov qurumun vəsaiti hesabına İrlandiyanın SİS şirkəti tərəfindən dəyişdirilən ot ortüyü ilə bağlı görülən işlərlə tanış olub. Daha sonra bazaya və ehtiyat meydançalara baxış keçirilib.

Qeyd edək ki, arenanın oktyabrda təhvil verilməsi planlaşdırılır.