Bodrumda bir gecə klubundakı silahlı atışmada bir insan həyatını itirib. Atışma zamanı üç insan yaralanıb.

Unikal.org bildirir ki, yaralananlardan biri də məşhur aparıcı Cess Molhonun həyat yoldaşı Zeyneb Molhodur.

Molho xanımının səhhətində ciddi problem olmadığını deyib:

"Güllə Zeynebin çiyninə dəyib. Bir qabırğası qırılıb. Güllə dərinin altında qalıb. Hazırda xəstəxanadayıq. Sabah əməliyyat olunacaq".