"Barselonanın braziliyalı forvardi Neymar Junior katalon klubunu tərk edib.

Unikal.org-un məlumatına görə, klubun saytından verilən açıqlamada "sambaçının ispan klubunun ofisinə gələrək rəhbərliklə danışıb getmək istədiyini bildirdiyi qeyd edilib.

O, 222 milyon avro qarşılığında Fransanın PSJ klubuna keçir. Bildirilir ki, Neymar hətta komanda yoldaşları ilə də sağollaşıb.