Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunlarına keçiriləcək. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, ikincü gün 14 cüt münasibətlərini aydınlaşdıracaq.

Bu cütlərdən 9-u "Qarabağ kimi Çempionlar yolunda mübarizə aparır. Azərbaycan çempionu pley-offa yüksəlsə, məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək. Çünki Çempionlar yolunun 10 cütünün qalibi növbəti raundda 5 cütlük təşkil edəcək.

Liqa yolunda keçiriləcək 5 cütün qalibini isə daha çətin sınaq gözləyir. Onlar pley-offda "Sevilya, "Napoli, "Liverpul, "Hoffenhaym və "Sportinq kimi rəqiblərlə qarşılaşacaq. III təsnifat mərhələsində uduzacaq 15 komanda isə Avropa Liqasının pley-offunda mübarizə aparacaq.

Qonşu Türkiyə təmsilçisi "Başakşəhər öz meydanında "Brügge ilə qarşılaşacaq. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə səfər qolu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, pley-offun püşkatması avqustun 4-də keçiriləcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu

3 avqust

21:00. BATE (Belarus) - "Slaviya (Praqa, Çexiya)
İlk oyun - 0:1
21:00. APOEL (Kipr) - "Vitorul (Rumıniya)
İlk oyun - 0:1
22:00. "Kopenhagen (Danimarka) - "Vardar (Makedoniya)
İlk oyun - 0:1
22:30. "Ludoqorets (Bolqarıstan) - "Hapoel (Beer Şeva, İsrail)
İlk oyun - 0:2
22:30. "Hafnarfyordur (İslandiya) - "Maribor (Sloveniya)
İlk oyun - 0:1
22:45. "Olimpiakos (Yunanıstan) - "Partizan (Serbiya)
İlk oyun - 3:1
22:45. "Legiya (Polşa) - "Astana (Qazaxıstan)
İlk oyun - 1:3
22:45. "Riyeka (Xorvatiya) - "Zalsburq (Avstriya)
İlk oyun - 1:1
22:45. "Rusenborq (Norveç) - "Seltik (Şotlandiya)
İlk oyun - 0:0
Liqa yolu
21:00. MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan)
İlk oyun - 2:0
21:45. "Başakşəhər (Türkiyə) - "Brügge (Belçika)
İlk oyun - 3:3
22:15. "Viktoriya (Çexiya) - "Styaua (Rumıniya)
İlk oyun - 2:2
22:15. "Yanq Boyz (İsveçrə) - "Dinamo (Kiyev, Ukrayna)
İlk oyun - 1:3
22:45. "Ayaks (Hollandiya) - "Nitsa (Fransa)
İlk oyun - 1:1