Sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən seriallardan biri də "Netflix" şirkəti tərəfindən hazırlanan "Ölmək üçün 13 səbəb"dir.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, serialı izləyənlər arasında yaşı 18-24 arası olan ən az 16 nəfər intihara cəhd edib. Bu il mart ayının 31-dən yayımlanan serial qısa zamanda geniş izləyici kütləsi toplayıb və tərcümə edilərək bir çox dünya ölkələrində yayımlanıb.

Serialda Hannah adlı bir qızın intihara qədər olan macəra dolu həyatından danışılır. Filmdə qız yaxın dostları ilə müxtəlif intihar yolları axtarır.

Mütəxəssislərin sözlərinə görə, serial yayımlanandan bəri intihar faktlarında ciddi artım müşahidə olunub.

"Google" axtraış sistemində 100-lərlə insan "necə intihar edilir" və ya "özünüzü necə öldürərsiniz" kimi sualları axtarışa veriblər.

Şirkət serial barəsində açıqlama verib:

"Hər zaman bu mövzunun geniş xaos yaradacğını bilirdik. Çox çətin və olduqca aktual mövzu seçmişik. Bunu təsdiqləyən yüzlərlə eksperiment və maraqlı faktlar var. İkinci mövsümə hazırlanarkən daha çox araşdırma aparıb, daha böyük layihələr üzərində işləyəcəyik".

Psixoloq və mütəxəssislər, eləcə də elm adamları insanları bu növ ssenariləri izləməməyə çağırır. Ailələrə xüsusilə həssas və psixoloji cəhətdən zəif olan uşaqlarını bu serialdan uzaq tutmaq məsləhət görülüb.