Futbol üzrə Türkiyə millisinin baş məşqçisinin adına aydınlıq gəlib.

Unikal.org-un məlumatına görə, "ay-ulduzluları bundan sonra Mirça Luçesku çalışdıracaq.

Türkiyə Futbol Federasiyasının rəsmi saytından verilən açıqlamada rumıniyalı mütəxəssislə 2+1 illik müqavilə imzalandığı bildirlib.

Onunla sabah rəsmi müqavilə imzalanacaq. Luçesku Türkiyə millisində illik 2.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Mirça Luçesku daha əvvəl bu ölkənin "Qalatasaray və "Beşiktaş klublarında işləyib.