Avstriya toplanışında olan "Neftçi bu gün 3-cü yoxlama oyununa çıxıb.

Unikal.org-un məlumatına görə, "ağ-qaraların rəqibi "Herta olub.

Görüş Bundesliqa təmsilçisinin böyükhesablı qalibiyyəti ilə başa çatıb. Hər hissədə iki qol vuran Berlin klubu 4:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, "Neftçi Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın "Şalke (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn klubu (1:1) ilə qarşılaşıb.