Xalq artisti, tanınmış müğənni Gülyanaq Məmmədova ilə Vergilər Nazirliyi arasında yaranan borc qalmaqalı müsbət həllini tapıb.

Unikal.org xəbər verir ki, G.Məmmədova azvision.az-a açıqlamasında nazirliyə borcunun qalmadığını bildirib.

"Artıq problem öz həllini tapıb. Nazirliyə borcum yoxdur. Məsələni qanun çərçivəsində yoluna qoyduq,- xalq artisti deyib.

Qeyd edək ki, bir müddət əvvəl Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlamışdı. Onlar arasında tanınmış sənət adamlarının, xalq və əməkdar artistlərin adı yer almışdı. Adı borclular siyahısında olan tanınmışlardan biri də xalq artisti Gülyanaq Məmmədova idi. Müğənni vergini vaxtında ödədiyini, imkanının olmadığını desə də, nazirlik böyük məbləğdə borcun yığıldığını bəyan edirdi.