"Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik və bu baxımdan "Kopenhagen də istisna deyildi.

Unikal.org report-a istinadən xəbər verir ki, bunu "Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi üzrə püşkatmanın nəticələrini dəyərləndirərkən deyib.

Qırx beş yaşlı mütəxəssis ÇL-in qrupuna düşmək uğrunda qarşılaşacaqları Danimarka çempionu "Kopenhageni incələyəcəklərini söyləyib: "Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə həmin ayın 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.