Bu ilin yanvar-iyun aylarında ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

Unikal.org apa-ya istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, 2017-ci ilin 6 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 40,5 mlrd. ABŞ dolları təşkil edib.

Sənəddə qeyd olunub ki, strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3,6 dəfə üstələyib.