2017-ci ilin I yarısında iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, ilkin rəqəmlərə əsasən 2017-ci ilin 6 ayında ölkəyə daxil olan pul baratları 459 mln. ABŞ dolları təşkil edib.

Bu isə ötən ilin eyni dövründəkindən 58,3% və ya 169 mln. dollar çoxdur.