Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 256 mln. 610,4 min manat təşkil edib.

Unikal.org "APA-Economics"ə istinadən xəbər verir ki, 2016-cı ilin müvafiq ayı ilə müqayisədə daxilolmalar 68 mln. 819,76 min manat və ya 37,38% artıb. Bu ilin iyun ayı ilə müqayisədə isə DGK xətti ilə dövlət büdcəsinə köçürülən məbləğ 111 mln. 816,75 min manat və ya 77,22% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 60 mln. 270,79 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 75 mln. 699,98 min manat, aksizlər üzrə 6 mln. 220,71 min manat, yol vergisi üzrə isə 2 mln. 602,17 min manat təşkil edib.