Bakıda Türkiyə vətəndaşı qarət edilib.

Unikal.org-un APA-nın məlumatına görə, paytaxtın Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən aptekin sahibi, Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Canpolad Mehmet polisə ərizə ilə müraciət edərək 1000 ABŞ dolları, 520 manat və planşetinin naməlum şəraitdə oğurlandığını bildirib.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.