Milli Paralimpiya Komitəsinin (MPK) cüdo idman növü üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında öz görüşlərini yekunlaşdırdılar.

MPK-dan unikal.org-a verilən xəbərə görə, komandanın bütün üzvləri görüşlərini uğurla yekunlaşdırıblar.

Millimiz ümumi 4 qızıl (İlham Zəkiyev, Rövşən Səfərov, Vəliyeva Sevda və Hüseynova Xanım) 1 gümüş (Bayram Mustafayev) və 2 bürünc medal (Ramil Qasımov, Hüseyn Rəhimli və Bayram Mustafayev) qazanıblar.