"Qəbələnin keçmiş oyunçusu Rikardinyonun yeni klubunun adına aydınlıq gəlib. 

Unikal.org apasport.az sayta istinadən məlumatına görə, braziloyalı sol cinah müdafiəçisi karyerasını İngiltərədə davam etdirəcək.

O, Birinci Liqa (səviyyəcə üçüncü divizion) klubu "Oksford Yunaytedlə anlaşıb. Bu barədə BBC xəbər yayıb.

Bildirilib ki, Rikardinyo ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2015-ci ildən 2017-ci ilə kimi "Qəbələdə çıxış edib.