Futbol üzrə İngiltərə Superkubokunun qalibi bəlli olub.

Unikal.org-un məlumatına görə, həlledici görüşdə "Uembli stadionunda son ölkə çempionu "Çelsi ilə İngiltərə Kubokunun qalibi "Arsenal üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. Penalti seriyasında daha dəqiq olan "Arsenal" 4:1 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb. Qeyd edək ki, bu, "Arsenalın tarixində qazandığı 15-cı Superkubokdur.