Türkiyə Superkubokunun qalibi bəlli olub.

Unikal.org-un məlumatına görə, həlledici matçda çempion "Beşiktaş" ölkə kubokunun qalibi "Konyaspor"la qarşılaşıb.

Samsunda baş tutan matç "Konyaspor klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, konyalılar tarixdə ilk dəfə Türkiyə Superkubokunun qalibi olublar.